Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək

29 İyun 2020 - 15:51

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.