Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlərCƏRİMƏLƏNƏCƏK

Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Bədən tərbiyəsi və idman haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.

İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DSMF-nin vəzifəli şəxsləri həbs edildi

Sonrakı məqalə

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək