Vaqif Mustafayevin 70 yaşı tamam olur –Yaradıcılıq gecəsi keçiriləcək

Avqustun 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.
Azpost.info bildirir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Gecədə “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq. Tədbirdə Gürcüstan Respublikasının Xalq artisti Avtandil Maxaradze, aktrisa Nino Qomarteli iştirak edəcək. “Oskar” mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun də yer aldığı təbrik videoçarxı nümayiş olunacaq.
Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.