“Milyarder Ruben Vardanyan Rusiyadan heç bir kömək ala bilməyəcək”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksandr Başkin RİA-ya bildirib.
Onun sözlərinə görə, Vardanyan Rusiya vətəndalığından imtina edib və bu onun şəxsi seçimi olub: “Bu vətəndaşlıqdan imtina könüllü seçim olub. Bu addımın bütün hüquqi nəticələri həmin seçimin nəticəsidir. Bununla əlaqadar o, Rusiyadan yardım ala bilməz və almayacaq”.
Başkin deyib ki, Vardanyanın Rusiya vətəndaşlığından imtinasının nəticəsi Rusiya pasportunun dəyərrinə şübhə edənlər üçün yaxşı nümunə ola bilər.
Qeyd edək ki, Qarabağın seaparatçı guruhunun nümayəndəsi, milyarder Ruben Vardanyan Xankəndini tərk etmək istəyərkən Laçın postunda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. O həbs olunaraq Bakıya gətirilib.
Azpost.info