Varlı ölkələr koronavirusa qarşı peyvəndi kütləvi şəkildə alırlar –Kasıb ölkələr nə edəcək?

Dünyanın ən varlı ölkələri artıq 1,3 milyard dozadan çox koronavirus əleyhinə peyvənd alışı üzrə müqavilələr imzalayıb.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

“Airfinity” şirkətinin analitiklərinin fikrincə, bu ölkələrə ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı ölkələri daxildir. Analitiklərin məlumatına görə, onların hələ bağlanmamış tədarük və sövdələşmələr sayəsində daha 1,5 milyard vaksin almaq niyyətindədirlər.

Mütəxəssislər bu “təcavüzkar satınalma”nın digər ölkələri pis vəziyyətdə qoyacağından qorxurlar.

Agentliyin məlumatına görə, ABŞ və Böyük Britaniya “Sanofi” və “GlaxoSmithKline Plc.”, Yaponiya isə “Pfizer” şirkəti ilə müqavilə imzalayıb.

Məqalə müəllifləri vaksin dozasının bütün dünya əhalisi üçün kifayət etməyəcəyindən narahatdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tükənmişlik sindromu nədən yaranır?

Sonrakı məqalə

DİN Fuad Qəhrəmanlı ilə bağlı açıqlama yaydı