“Vaşinqton dünyanın ən təhlükəli paytaxtıdır” –TRAMP

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonu dünyanın ən təhlükəli paytaxtı adlandırıb.

Bu barədə o, “Truth Social”dakı səhifəsində yazıb.

“Vaşinqton çirkli, cinayətlə dolu ölüm tələsinə çevrilib. O, indi dünyanın bəlkə də ən təhlükəli paytaxtıdır”, – deyə Ağ Evin keçmiş sahibi bildirib. Tramp prezident seçiləcəyi təqdirdə, şəhəri təmizləyəcəyini, təmir edəcəyini və yenidən quracağını vəd edib.

Bundan əvvəl eks-prezident Amerikanın hazırkı lideri Cozef Baydenin administrasiyasını miqrasiya siyasətinə görə tənqid edərək deyib ki, nəticədə ABŞ “zibilxanaya” çevrilib. Siyasətçi qeyd edib ki, Amerika şəhərləri evsiz insanlar, narkomanlar və zorakı cinayətkarlarla doludur.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Tramp 2022-ci ilin noyabrında prezidentlik uğrunda mübarizə aparacağını açıqlayıb.

Əvvəlki məqalə

Şair Balayar Sadiq insult keçirib

Sonrakı məqalə

“Yuventus” “Milan”ı məğlub edib