ABŞ NATO-nun genişlənməyəcəyi barədə Rusiyaya təminat verməkdən imtina edib –Cenevrədə danışıqlar 7 saat çəkib

Strateji sabitliklə bağlı Ceneverdə keçirilən ABŞ-Rusiya danışıqlarında NATO-nun genişlənməsi ilə bağlı məsələdə razılıq əldə olunmayıb. 
Azpost.info bildirir ki, bu sözləri XİN nazir müavini Sergey Ryabkov Cenevrdə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, danışıqlar çox çətin keçib və NATO-nun genişlənməməsi məsələsində irəliləyiş eldə edilməyib: “Danışıqlar ağır,  uzun, çox peşəkar, dərin, konkret oldu. Bizdə belə fikir yarandı ki, Amerika tərəfi Rusiyanın təkliflərinə çox ciddi yanaşır. Onları daha dərindən öyrənir”-deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, əsas məsələ isə hələ havadan asılı vəziyyətdə qalır. Moskva Vaşinqtonda onların həlli üçün anlayş görməyib: “Biz amerikalılara təkliflərimizi detallı məntiqini təqdim etdik. Nə üçün bizim üçün NATO-nun genişlənməməsinə hüquqi təminat verilməsinin mütləq imperativ olduğunu, niyə  1997-ci ildən sonra NATO-ya üzv olmuş ölkələrin ərazilərinin maddi təminatından imtina edilməsinin vacibliyini izah etdik”.

Diplomatın sözlərinə görə, bu məsələlərədə irəliləyiş olmadan ABŞ-la digər aspektlər barədə iş sual altına düşəcək. NATO Rusiyanın təhlüikəsizlik qarantı ilə bağlı təkliflərinə doğru addım atmalıdır. “Rusiya bu məsələdə sərt mövqe tutur, amma heç bir ultimatum irəli sürmür”.

Danışıqlar 7 saat çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Sahib Ələkbərovu “Şöhrət” ordeni ilə təltif edib

Sonrakı məqalə

“Vaşinqton heç kimə NATO-nun qapılarını bağlamağa icazə verməyəcək” –