“Vatsap+”, saxta mesajlar, şübhəli keçidlər…- Cihazlarımızı zərərverici proqramlardan necə qoruyaq?

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırır. Belə ki, xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbi vatsap+ və bunun kimi rəsmi olmayan, eləcə də etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verir.

Bunu Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadə deyib.

Qurum rəsmisinin sözlərinə görə, kiberdələduzların belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək üçün istifadə etdiyi müşahidə edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, həmçinin tətbiqləri yükləyərkən onlara verilən icazələri diqqətlə nəzərdən keçirməyi tövsiyə edir.

“Son zamanlar kiberdələduzlar tərəfindən rəqəmsal bankçılıq xidməti müxtəlif tətbiqləri adından dələduzluq həyata keçirilir. Dələduzlar vətəndaşlara saxta SMS-lər göndərərək bank hesablarında şübhəli halın aşkarlandığını deyir və təhlükəsizlik üçün mesajda qeyd edilən saxta keçidə daxil olub müəyyən addımları həyata keçirmələrini tələb edirlər. Keçidə daxil olduqdan sonra vətəndaşlardan bank kartı və digər fərdi məlumatları tələb olunur. Vətəndaşlara bu cür mesajlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi və rəsmi məlumatları yalnız qurumların özündən dəqiqləşdirməyi tövsiyə edirik”, – deyə ETX-nin sektor müdiri vurğulayıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.