Venesuela prezidentini tutub ABŞ-a verən 25 milyon dollar alacaq

ABŞ Venesuela prezidenti Nikolas Maduronun tutlmasına görə mükafatı 25 milyon dollara çatdırıb.

Azpost bildirir ki, qərar iki ölkə arasında artan gərginlik fonunda və Maduronun yeni müddət üçün andiçmə mərasimi günü açıqlanıb.

ABŞ rəsmilərinin sözlərinə görə, mükafatın artırılması Venesuela hökumətinə təzyiqi artırmaq məqsədi daşıyır və Maduro rejiminə qarşı sanksiyalar paketinin bir hissəsidir. Vaşinqton Maduronun qalib elan edildiyi Venesuelada keçirilən son prezident seçkilərinin legitimliyini tanımır.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi qeyd edib: “Biz Nikolas Maduro və daxili işlər, ədliyyə naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.