Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur”

User 03 Sentyabr 2025 - 14:02 (Last updated: 03 Sentyabr 2025 - 14:02)
vidadi

Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbərin seçilməsi barədə Rusiya mətbuatında məlumatlar yayılıb.

Sentyabrın 1-də yayılmış məlumatlarda Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri seçildiyi bildirilir.

APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumatda isə bildirilir ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

O, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”.

Vidadi Mustafayevin iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmasına dair məlumatlar da var.

Məlum olduğu kimi, diaspor könüllü fəaliyyət növüdür. Ana Vətənlə yaşadığı ölkə arasında əlaqələrin inkişafına töhfə vermək, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərmək diasporun əsas funksiyalarına daxildir. Bu gün Azərbaycan diasporunun da hər bir sahədə uğurlu fəaliyyəti göz qabağındadır.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin sədrlik etdiyi “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatı da hər zaman Rusiya qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərib.

Təəssüf ki, bəzi soydaşlarımızın fəaliyyəti diaspor və birlik anlayışlarına xələl gətirir.

Naməlum qrupun Vidadi Mustafayev adlı şəxsi qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçməsi”, bu cür informasiyaların tirajlanması Azərbaycan diasporunun birliyinə xələl gətirmək və icma üzvləri arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda həbs olunub.

İlkin məlumata görə, Şahin Şıxlinski şəxsin öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

Bundan başqa, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski də hazırda həbsdədir. O, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.

Hər iki şəxslə bağlı istintaq davam edir.

AzPost.az

Post navigation

Previous: Gürcüstan DTX-yə yeni sədr təyin olunub
Next: Britaniya Ramzan Kadırovun anasına sanksiya tətbiq etdi

Oxşar xəbərlər

top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.