Viktor Orban Trampla Floridadakı malikanəsində görüşüb

Macarıstanın Baş naziri Viktor Orban Floridadakı Mar-a-Laqo malikanəsində keçmiş ABŞ prezidenti Donald Trampla görüşüb.

Bu barədə Baş nazirin mətbuat katibi Bertalan Havaşinin məlumat verib.

Məlumata görə, onların görüşü bir saat davam edib.

Orban və Trampın hansı mövzuları müzakirə etdiklərini açıqlamasa da, ABŞ-a səfərdən əvvəl Macarıstan rəsmiləri Ukraynadakı vəziyyəti və iki ölkə arasındakı münasibətləri nəzərdən keçirəcəklərini bildiriblər.

Macarıstan hökuməti Trampın noyabr seçkilərində qalib gəlməsini və Ağ evə qayıtmasını arzuladığını gizlətmir. Orban ABŞ-ın keçmiş prezidentinin Ukrayna münaqişəsini həll edəcəyinə ümid bəsləyir.

Əvvəlki məqalə

Sənədlərə apostil necə verilir? –

Sonrakı məqalə

Avropa İttifaqı bu il Kiyevə 21 milyard avro hərbi yardım ayıracaq