Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Vilayət Eyvazov polislərdən vətəndaşlarla nəzakətli davranmağı tələb edib

User 13 Yanvar 2023 - 20:37 (Last updated: 21 May 2025 - 20:15)
vilayet eyvazov

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Əlahiddə Çevik Polis Alayında 2022-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə çıxış edən nazir V.Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə edilən müsbət nəticələrdə Alayın şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb. Bununla belə nazir xidmətdə müəyyən nöqsan və çatışmazlıqların da mövcudluğunu qeyd edərək, onların tezliklə aradan qaldırılmasını tələb edib.
Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə çıxış edərək görülən işlərin nəticələri ilə bağlı məruzə edib.
Müşavirəyə yekun vuran daxili işlər naziri xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyinin tapşırığına əsasən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdırıb.
Polisin insanların güvən yeri olduğunu vurğulayan nazir V.Eyvazov hər bir əməkdaşın qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmasını, onların həyati problemlərinin həllinə yardımçı olmasnı, müraciətlərinə həssaslıqla yanaşmasını, habelə, vətəndaşlarla ünsiyyətdə nəzakətli davranmalarını tələb edib. O, əmin olduğunu bildirib ki, Alayın şəxsi heyəti qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqdır.

Post navigation

Previous: Azərbaycan və Almaniya prezidentləri Laçın yolundakı vəziyyəti müzakirə edib
Next: Naxçıvan Ali Məclisinin şöbə müdirləri işdən azad edilib

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Arıqlamaq istəyənlərin bir çoxu ilk addım kimi çörəyi, düyünü və digər karbohidratlı qidaları tamamilə menyudan çıxarır, yeməkləri...
Read more about Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.