“Virusu insanın yaratması barədə tutarlı məlumatımız yoxdur” –

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru
06 Noyabr 2020 - 12:16

“Rusiya xarici kəşfiyyat Xidmətinin əlində SARS-CoV-2 virusunun insan tərəfindən yaradıldığı barədə tutarlı məlumatlar yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Xidmətin direktoru Sergey Narışkin RİA-Novosti-yə müsahibəsində deyib.

“Odur ki, biz bu məhsulun təbii mənşəli olması fikrindəyik”-deyə o vurğulayıb.

Narışkin bildirib ki, virusun mənşəyi rus alimləri üçün prinsipial məsələ deyil. “Alimlərimiz infeksiya ilə mübarizə ilə məşğuldurlar”.