“Dumanın spikeri Vyaçeslav Volodin xüsusi hərbi əməliyyat zonasında yaralanmış deputat Adam Delimxanovla danışıb. Delimxanovun səhhətində heç bir problem yoxdur, hər şey qaydasındadır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının deputatı Dmitri Kuznetsov Teleqram kanalında bildirib.
“Volodin bizə dedi ki, indicə Adam Delimxanovla danışıb. O sağdır və yaxşıdır, bizə cansağlığı arzulayır”, – Kuznetsov yazıb.
Qeyd edək ki, bir sıra Telegram kanalları Delimxanovun öldüyü ilə bağlı xəbər yayıb.
Azpost.info