Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Voronejdə saxlanılan Niyaz Zahidovun Rusiya vətəndaşlığından çıxarıldığı məlum olub

User 13 Dekabr 2025 - 20:59 (Last updated: 13 Dekabr 2025 - 20:59)

Rusiyanın Voronej vilayətində saxlanılan azərbaycanlı Niyaz Əzim oğlu Zahidovun Rusiya Federarsiyası vətəndaşlığından bu ilin iyun ayında çıxarıldığı məlum olub.

APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, Zahidovun Rusiya vətəndaşlığına Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin 3 iyun 2025-ci il tarixli qərarı ilə xitam verilib.

Zahidovun məlum qərardan üç ay müddətində yuxarı instansiya orqanına şikayət etmək imkanı olub.

Voronejdəki Azərbaycan diasporunun rəhbəri Mehdi Mehdiyev APA-nın Rusiya bürosuna açıqlamasında Zahidova bir neçə il bundan qabaq da xüsusi təyinatlı polis dəstəsinin-OMON-un əməliyyat keçirdiyini, onun doğum günü tədbirinə basqın etdiyini söyləyib. “Bu dəfə də heç bir günahı olmayıb. Gəlib, evdən götürüblər”.

Diaspor rəhbəri Zahidovun Azərbaycan Respublikasının vətəndaşlığının olmadığını söyləyib. Bildirib ki, Zahidov bir müddət əvvəl Azərbaycandan da deportasiya olunub: Bu yaxınlarda onun qardaşı rəhmətə getmişdi. Azərbaycana getdi, amma buraxmadılar. Oradan da deportasiya olunub. İndi Rusiya tərəfi də onun vətəndaşlığını ləğv edib. Evinə gəlib bildiriblər ki, vətəndşlığı əlindən alınıb”.

M.Mehdiyev ümumilikdə, Voronejdə diasporla bağlı vəziyyətin sakit olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya mətbuatı xüsusi təyinatlı polis dəstəsi-SOBR-un Voronejdəki azərbaycanlılara qarşı əməliyyat keçirdiyi haqqında məlumat yayıb. Əməliyyatın videosundan məlum olur ki, bir neçə həmyerlimiz xüsusi təyinatlı polis dəstəsi tərəfindən üzü üstə yerə yıxılıb. Saxlanılanlardan birinin Zahidov Niyaz Əzim oğlu olduğu bildirilib.

AzPost.az

Post navigation

Previous: Rusiya xüsusi təyinatlı polis dəstəsi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirib
Next: Merz Almaniyada hərbi çağırışın bərpasının müzakirə oluna biləcəyini istisna etməyib

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.