Vüqar Səfərlinin məhkəməsini aparan hakim koronavirusa yoluxub

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

Hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə salınıb. Bundan başqa, İ.Həsənzadə ilə eyni tərkibdə olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatında olan cinayət işləri üzrə proseslər təxirə düşüb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatındadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 3107 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Azərbaycanda büdcədən maliyyələşən qurumların sayı artırılıb