Vyetnam prezidenti istefa verib

Vyetnam prezidenti Nquen Suan Fuk istefa verib.

Azpost.info xəbər verir ki, bu barədə “VnExpress” xəbər portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırkı prezidentin dövründə Baş nazirin iki müavini tutduqları vəzifələrdən istefa verib, ölkənin iki naziri və bir sıra məmurları cinayət məsuliyyətinə cəlb edilib.

Fuk 5 aprel 2021-ci ildən Vyetnam prezidenti vəzifəsini icra edir. 2016-cı il aprelin 7-dən prezident seçilənə qədər o, ölkənin Baş naziri postunu tutub.

Prezidentin istefası Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən təsdiqlənib.

Azpost.info

Əvvəlki məqalə

“Nümunə göstərmək istəyirəm…”

Sonrakı məqalə

“Rusiya ordusunda genişmiqyaslı dəyişikliklər olacaq”