“Nümunə göstərmək istəyirəm…”- Zelenskinin müşaviri istefa verdi

Ukrayna prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç istefa verib.

Azpost.info xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində məlumat verib.

“İstefa məktubu yazdım. Mən sivil davranış nümunəsi göstərmək istəyirəm. Pprinsipial səhv varsa, deməli, sonra istefa olmalıdır”, – Arestoviç yazıb.

Arestoviç yanvarın 14-də axşam bildirib ki, Dnepropetrovskda evin bir hissəsi Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketin düşməsi nəticəsində dağılıb. Bundan sonra o, Ukrayna ictimaiyyəti tərəfindən kəskin tənqid edilib.

Yanvarın 16-da Ali Radanın deputatı Aleksey Qonçarenko Aretoviçin vəzifəsindən azad edilməsi üçün imza toplanmasına başlandığını elan edib. Deputat onu Dnepropetrovskda evin bir hissəsinin uçmasının səbəbi ilə bağlı dediklərinə görə dövlətə xəyanətdə ittiham edib.

Azpost.info

Əvvəlki məqalə

Almaniyanın yeni müdafiə nazirinin adı açıqlandı

Sonrakı məqalə

Vyetnam prezidenti istefa verib