Vyetnam Sosialist Respublikasının yeni prezidenti seçilib –FOTO

Vyetnam Sosialist Respublikasının qanunverici orqanı olan Milli Assambleyanın aprelin 5-də keçirilən iclasında Baş nazir Nquyen Suan Fuk ölkə prezidenti seçilib.

Səsvermədə deputatların 97,5 faizi Nquyen Suan Fukun namizədliyini dəstəkləyib.

Səsvermənin nəticələri elan olunandan sonra yeni seçilmiş prezidentin andiçmə mərasimi olub.

Nquyen Suan Fuk 2016-cı ilin aprelindən bəri Vyetnamın Baş naziri vəzifəsində çalışıb. O, Vyetnam tarixində Baş nazir vəzifəsindən sonra prezident seçilmiş ilk siyasi xadimdir.

Yeni seçilmiş prezident 1954-cü ildə doğulub, Vyetnam Kommunist Partiyasının siyasi bürosunun üzvü, habelə Vyetnam parlamentinin 3 çağırış deputatı olub.

Qeyd edək ki, parlament aprelin 2-də keçirilən iclasında səlahiyyət müddəti bitən prezident, Vyetnam Kommunist Partiyasının baş katibi Nquyen Fu Çonqun istefasını təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prokurorluq BŞİH-in sabiq Aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı məlumat yaydı

Sonrakı məqalə

“Azərbaycan-İsrail tərəfdaşlığı güclü və çoxşaxəlidir” –