Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Wikipedia redaktorları süni intellektə üsyan edir

Orkhan Ali 12 İyun 2025 - 19:43 (Last updated: 12 İyun 2025 - 19:10)
Wikipedia

Wikipedia

Wikipedia ensiklopediyasını idarə edən qeyri-kommersiya təşkilatı “Wikimedia Foundation” süni intellektin iştirakı ilə başlatdığı məqalə xülasələrinin yaradılması eksperimentini cəmi iki gün ərzində – 2 iyunda başladıb, 4 iyunda isə dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “404 Media” nəşri məlumat yayıb.
Məqsəd – AI tərəfindən yaradılmış qısa xülasələr vasitəsilə mürəkkəb məqalələri daha geniş auditoriyaya çatdırmaq və fərqli hazırlıq səviyyəsində olan oxucular üçün materialları əlçatan etmək olub. Bu prosesdə “Cohere” şirkətinin “Aya” modeli istifadə olunub.
“Wikimedia Foundation” nümayəndəsi bildirib ki, əsas niyyət süni intellektin potensialından istifadə edərək məqalələrin öyrədici dəyərini artırmaq və eyni zamanda, insanlar tərəfindən aparılan məzmun nəzarətinin saxlanmasını təmin etmək olub. Lakin “Wikipedia” redaktorlarının etirazları səbəbindən eksperiment təxirə salınıb.
“Biz daim könüllülərdən müxtəlif fikirlər alırıq və bu rəy əsasında bəzən qərarlarımızı dəyişirik. Belə düşünülmüş geribildirimlər bizi daha yaxşı qərarlar almağa vadar edir və “Wikipedia”nı ümumbəşəri biliklərin platformasına çevirən əsas amillərdəndir”, deyə təşkilatın nümayəndəsi açıqlamasında vurğulayıb.
O həmçinin etiraf edib ki, ideya daha əvvəl – bir neçə ay əvvəl – “Wikipedia”nın texniki forumunda (Village Pump Technical) müzakirəyə çıxarılmalı idi. Bu çatışmazlıq eksperimentin icrası zamanı yaranan narazılıqların əsas səbəblərindən biri olub.
“Wikimedia” rəsmisi əlavə edib ki, internetdən istifadə formaları dəyişdiyinə görə, təşkilat gələcək nəsilləri maarifləndirmək üçün yeni və təhlükəsiz yollar axtarmağa davam edir, lakin bu yanaşmalar həm oxucuların, həm də icmanın maraqlarına uyğun olmalıdır.

AzPost.az

Post navigation

Previous: AQTA-nın “rədd etdiyi” məşhur broyler şirkəti satışa çıxarıldı
Next: Sənədsiz evlərin taleyi: “Qanunvericilik dəyişməlidir ki, çıxarış verilsin”

Oxşar xəbərlər

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18

xƏBƏR

ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Türkiyənin Ankara şəhərindəki məhkəmə İstanbulun sabiq meri Əkrəm İmamoğlunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ilin noyabrında...
Read more about Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.