WUF tarixində ilk dəfə liderlər sammiti keçiriləcək

WUF13-ün əsas fərqləndirici xüsusiyyətlərindən biri yüksək səviyyəli siyasi iştirak olacaq.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev deyib.

O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarını bir araya gətirəcək liderlər seqmenti təşkil olunacaq: “Azərbaycan UN-Habitat ilə birlikdə davamlı şəhər inkişafı, xüsusilə mənzil sahəsində görkəmli nailiyyətləri tanıyacaq yeni beynəlxalq təşəbbüs – “Bakı Şəhər Mükafatı”nı təqdim edəcək. WUF13 forumu özündən kənarda da mühüm irs qoyacaq.

Çoxsaylı təşəbbüslər və siyasət nəticələri ilə yanaşı, əməliyyat mükəmməlliyi də Ümumdünya Şəhərsalma Forumunun səmərəli təşkilində əsas amildir.

WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış “Bakı standartları” əsasında biz UN-Habitat ilə birlikdə gələcək Ümumdünya Şəhər Forumlarına ev sahibliyi edəcək ölkələr üçün məlumatlandırıcı əməliyyat bələdçisi hazırlamağı planlaşdırırıq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.