Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

WUF13 “Urban Expo” sərgisinin açılışı olub

User 18 May 2026 - 10:15 (Last updated: 18 May 2026 - 11:02)
vuf sergi

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də “Urban Expo” sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudia Rossbaxın iştirakı ilə sərginin rəmzi açılışını bildirən lent kəsilib.

Xatırladaq ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi, həmçinin hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma rolunu oynayır.

“Urban Expo” iştirakçıları qlobal mənzil böhranı üzrə praktiki həll yolları ilə tanış edən immersiv sərgidir. Burada mənzil təminatı, iqlimə davamlılıq, rəqəmsal innovasiya, müyəssərlik və inklüziv şəhərsalma sahələri üzrə böyük milli pavilyonlardan icma əsaslı təşəbbüslər və startap innovasiyalarına qədər müxtəlif yanaşmalar nümayiş olunur.

Eyni zamanda, yeni yaradılmış “Biznes və innovasiyalar mərkəzi” adlı platformada təmsil olunan 45 şirkət və 14 startap layihəsi də sərgidə yer alır.

“Urban Expo”-un mərkəzi elementi isə şəbəkələşmə, qeyri-rəsmi müzakirələr və qarşılıqlı ünsiyyət üçün nəzərdə tutulmuş 2,5 hektarlıq açıq hava məkanı – WUF13 Bulvarıdır. Burada iştirakçılar “Şəhər kitabxanası” və “Şəhər kinoteatrı”, eləcə də “WUF Akademiyası” kimi müxtəlif sərgi və proqram məkanları ilə tanış ola bilərlər.

AzPost.az

Post navigation

Previous: Neftin qiyməti bahalaşacaq?
Next: Azərbaycanda ərzaq niyə bahalaşır? –

Oxşar xəbərlər

teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
leyla
  • Sosial

ƏSA Teatrının aktrisası Leyla Musayeva vəfat etdi

User 17 Noyabr 2026 - 16:38

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.