Xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb

Xəstəxanalarda onlayn növbə sisteminin tətbiq edilməsinə başlanılıb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, Bakıda artıq bir çox xəstəxanada onlayn növbə sistemi fəaliyyətə başlayıb: “Növbələrlə bağlı sistem bəzi xəstəxanalarda dünəndən tətbiq olunmağa başlayıb. Xəstəxanalara müraciətlərin çoxluğu ilə yaranan növbələr vətəndaşlar üçün çətinlik yaradır. İlk növbədə, Bakı xəstəxanaları onlayn növbəyə keçir. Vətəndaşlar evdə oturaraq öz növbələrini rahat şəkildə götürə biləcək və tibbi xidmətlərdən keyfiyyətli şəkildə istifadə edəcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.