Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xəzər dənizi yox olacaq –

User 11 İyul 2023 - 10:17 (Last updated: 21 May 2025 - 20:15)
XEZER

Xəzər dənizi yox olacaq. Onun mövcudluğu ciddi təhlükə altındadır. 

Azpost.info bildirir ki, alimlərin yeni araşdırmalarına görə, Xəzərdə suyun səviyyəsi ildə 6-7 santimetr azalır. Tədqiqatçılar bunu sürətli sayırlar. Onların hesablamalarına görə, bu sürətlə əsrin sonuna qədər suyun səviyyəsi 9-18 metr aşağı düşəcək. Nəticədə su hövzəsinin sahəsi təxminən üçdə bir hissəsi azalacaq.

Bundan əvvəl alimlər artıq Xəzər dənizinin problemlərindən danışırdılar. Lakin ilkin iqlim modelləri daha əlverişli situasiyanın oldğunu göstərdi. Bu modelləşdirməyə əsasən suyun səviyyəsinin azalmasının iki dəfə az olduğu təxmin edilirdi. Yeni araşdırma hazırkı vəziyyətlə bağlı daha dəqiq proqnozlar göstərib: Xəzər dənizinin sahəsi suyun 9 m enməsi  ilə 23%, 18 metr enəcəyi halda 34% azalacaq.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi ekosistemin tamamilə yenidən formalaşmasına gətirib çıxaracaq. Hövzədə milyonlarla il ərzində formalaşmış unikal Xəzər biotasının təhlükə altına düşəcəyi gözlənilir. Biota, ümumi yaşayış sahəsi ilə birləşən canlı orqanizmlərin tarixən müəyyən edilmiş toplusudur.

Tədqiqatçıların fikrincə, su səviyyəsinin dəyişməsi balıqçılıq və gəmiçilikdən asılı olan yerli iqtisadiyyata təsir göstərə bilər. Bu, həm də su çatışmazlığı problemini daha da dərinləşdirəcək. Bütün bunlar müxtəlif regionda yerli və regional münaqişələrə səbəb ola bilər.

Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı ictimai və siyasi məlumatlandırmanın olmaması digər su obyektlərindəki dəyişikliklərə də eyni dərəcədə aiddir. Bu dəyişikliklər qlobal istiləşmədən qaynaqlanır və daha da şiddətlənir.

Bir çox elmi araşdırmalarında dünyanın bütün regionlarında göllərin və daxili dənizlərin tədricən yoxa çıxması ilə bağlı narahatlıqlar var.

Azpost.info

Post navigation

Previous: Xəzər dənizində zəlzələ olub
Next: Düşmənin Xocalı, Xocavənd və Kəlbəcərdə istehkam qurmaq cəhdinin qarşısı alınıb –

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
Polşada Konstitusiya Tribunalı ətrafında siyasi böhran daha da kəskinləşib. Prezident Karol Navrotski gecə saatlarında polis kordonunu yararaq...
Read more about Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə
“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
Tramp 150-dən çox əfqanı deportasiya edir miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41
Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir brexit-day-donald-tusk
  • Dünya

Polşada Konstitusiya Məhkəməsi böhranı – Tusk qəti addımlar tələb edir

User 31 Oktyabr 2026 - 10:37
Azərbaycan neftinin qiyməti 126 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.