“Xədicə İsmayıl mənə qarşı sifarişli statusu niyə yazsın ki?” –İlqar Məmmədovdan etiraz

“Dünən Prezident Administrasiyasının partiyalarla görüşündə QHT qanunvericiliyinin yaxşılaşdırılması çağırışı ilə növbəti dəfə təkidli çıxış etdim. Amma görünür, siyasi dialoqun bu hissəsi hakimiyyətin daxilindəki bəzi qüvvələrə, eləcə də QHT-lər üçün hüquqi şəraitin pis olması səbəbilə ölkəyə xəlvəti yollarla axıdılan qrantların vasitəçilərinə sərf eləmir”.
Azpost.info bildirir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov bildirib. O, bu görüşlə bağlı ünvanlanan tənqidlərə sərt reaksiya verib: “Yoxsa ki, keçmiş jurnalist Xədicə İsmayıl mənə qarşı dərhal, çox güman elə həmin dairələrin sifarişi ilə daha bir mənəviyyatbaz, anti-dialoq statusu niyə yazsın ki?
Və bu dairələrdən ən azından birinin iqtisadi-siyasi maraqlarının keşiyində duran sosial şəbəkə manipulyatorları o statusa niyə o dəqiqə fəal dəstək versinlər ki?
Fikrimcə, QHT sektorunun 2013-cü ildən başlayaraq kölgəyə sıxışdırılması həm iqtidardakı bəzi çevrələrə, həm də onlarla əlbir olan “müxalif” qruplara sərf edir. REAL-ın istədiyi qanunun qarşısını kəsən də onlardır, birlikdə, çünki dəyişiklik birinin maddi imkanlarına, digərinin isə əməliyyat şəraitinə uyğun gəlmir.
Bu müqavimətə baxmayaraq, REAL partiyası QHT qanunvericiliyinin yaxşılaşdırılması, sahənin şəffaflaşdırılmasına yönəlik qanun layihəsini Milli Məclisə təqdim edəcək”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

100 il əvvəl Şuşada Lenin və Nərimanov üçün toxunan xalça –

Sonrakı məqalə

Ronaldo sabah oynayacaq? –