Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xəzər Universitetinin 35 illik yubiley qeyd edilir

User 18 Mart 2026 - 11:07 (Last updated: 18 Mart 2026 - 11:07)
xezer01

Bu il Azərbaycan ali təhsil sistemində mühüm rol oynayan Xəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edilir. 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib. Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib.

Yubiley ili çərçivəsində17-19 mart tarixlərində silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. 35 illik yubiləyə həsr olunmuş ilk tədbir mart ayının 17-də beynəlxalq əməkdaşlıq mühitində Hilton hoteldə keçiriləcək. Tədbirdə dövlət və hökumət nümayəndələrinin, diplomatik korpus üzvlərinin, ölkənin və dünyanın müxtəlif universitetlərinin rəhbərlərinin, akademik ictimaiyyətin, biznes tərəfdaşlarının, məzunların və tələbələrin iştirakı gözlənilir.

Yubiley mərasimi xüsusi bədii kompozisiya ilə başlayacaq. Xəzər Universitetinin tələbələrdən ibarət xor kollektivi kamera orkestrinin müşaiyəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriləcək.Tədbir zamanı Xəzər Universitetinin yaradıldığı ilk illərdən bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olunacaq.

Yubiley mərasiminin rəsmi hissəsində Xəzər Universitetinin təsisçisi və Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının, rektor Razia xanım İsayevanın çıxışları, həmçinin dünyanın bir sıra aparıcı universitetlərinin rektorları, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan millət vəkilləri, ziyalılar, qonaqlar  təbrik nitqləri səsləndiriləcəklər.

Daha sonra xüsusi yubiley təltifləri təqdim ediləcək və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Xəzər Universitetinin 35 illik yubileyi yalnız keçilən yolun qeyd olunması deyil, həm də universitetin gələcək inkişaf istiqamətlərini və qlobal akademik məkanla əməkdaşlığının daha da genişləndirilməsi məqsədini nümayiş etdirən əlamətdar hadisədir.

AzPost.az

Post navigation

Previous: Ayda kartof əkmək olar? –
Next: Əlillərə pensiya ömürlük təyin edilməlidir –

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Milli Məclisin deputatı Sevinc Hüseynovaya ağır itki üz verib. Gununsesi.info  xəbər verir ki, deputatın həyat yoldaşı Hacı...
Read more about Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.