Xəzərdə həlak olan Qazaxıstan hərbçilərinin sayı 14-ə çatıb

Qazaxıstanın Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 14-ə çatıb.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xəzər dənizində axtarış işləri başa çatıb, itkin düşmüş iki hərbçinin meyitləri aşkar edilib.

Eyni zamanda, ümummilli matəmlə əlaqədar Qazaxıstanın dövlət qurumlarının binalarında bayraqlar endirilib, əyləncə tədbirləri təxirə salınıb və ya ləğv edilib.

Qazaxıstan Müdafiə Nazirliyi ölkə Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 19 hərbçinin dənizə düşdüyünü, 3 nəfərin xilas edildiyini, 9 hərbçinin isə həlak olduğunu bildirmişdi.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.