Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Xəzərin dibi ilə internet xətti çəkilir –

User 01 Avqust 2026 - 11:40 (Last updated: 01 Avqust 2026 - 01:35)
internet su altina

Qazaxıstanda həyata keçirilən strateji infrastruktur layihəsi – Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik rabitə xəttinin çəkilişi yeni mərhələyə keçib. Layihənin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, hazırda layihənin dəniz mərhələsi icra olunur.

Çində istehsal edilən optik kabel əvvəlcə Kurık limanına çatdırılıb. Daha sonra ümumi çəkisi 600 ton olan üç xüsusi kabel konteyneri logistik gəmi ilə Bakıya gətirilib.

Bakı limanından yola çıxan xüsusi kabeldüzən gəmi artıq Aktau limanı istiqamətində Xəzərin dibi ilə optik rabitə xəttinin çəkilişinə başlayıb.

Layihədə su tutumu 20 min tondan çox olan, dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş müasir kabeldüzən gəmi iştirak edir. Gəmidə 70 nəfərlik heyət, o cümlədən texniki nəzarət mütəxəssisləri və “Kazakhtelecom” şirkətinin nümayəndələri çalışırlar.

Transxəzər layihəsi CaspiLink B.V. birgə müəssisəsi tərəfindən həyata keçirilir. Müəssisə Qazaxıstanın “Kazakhtelecom” və Azərbaycanın “AzerTelecom International” şirkətlərinin tərəfdaşlığı əsasında yaradılıb.

Hava şəraitinin əlverişli olacağı təqdirdə, sualtı kabelin birbaşa çəkilişinin 15–20 gün ərzində başa çatdırılması gözlənilir. Layihə üzrə bütün texnoloji və sınaq işlərinin isə 2026-cı ilin sonunadək tamamlanması nəzərdə tutulur.

Bu layihə Xəzər regionunda rəqəmsal əlaqələrin gücləndirilməsi, məlumat ötürmə imkanlarının artırılması və Asiya ilə Avropa arasında yeni rəqəmsal dəhlizin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

AzPost.az

Post navigation

Previous: Telefon niyə noutbukdan çox gec enerji yığır?
Next: ABŞ-dən PUA “sürülərinə” qarşı yeni silah –

Oxşar xəbərlər

vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05

xƏBƏR

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi”...
Read more about Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.