Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

ABŞ-dən PUA “sürülərinə” qarşı yeni silah –

User 01 Avqust 2026 - 11:55 (Last updated: 01 Avqust 2026 - 01:44)
dronlar

ABŞ-ın Lockheed Martin şirkəti ucuz pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumlarına qarşı nəzərdə tutulan yeni MORFIUS sistemini təqdim edib.

Azpost.info bildirir ki, yeni sistem yüksək güclü mikrodalğalı şüalanma (HPM – High Power Microwave) texnologiyasından istifadə edərək pilotsuz uçuş aparatlarının elektron idarəetmə sistemini sıradan çıxarır.

Məlumata görə, MORFIUS istiqamətləndirilmiş elektromaqnit impulsları yaradaraq dronların naviqasiya və idarəetmə elektronikasını bir neçə saniyə ərzində yararsız hala salır. Adi raket sistemlərindən fərqli olaraq, bu texnologiya eyni vaxtda bir neçə hədəfi vurmağa imkan verir və koordinasiyalı PUA hücumlarına qarşı daha effektiv hesab olunur.

Sistemin əsas üstünlüklərindən biri də onun təkrar istifadə oluna bilməsidir. Bir uçuş zamanı MORFIUS-un 50-yə qədər pilotsuz uçuş aparatını zərərsizləşdirə bildiyi bildirilir. Tapşırıq başa çatdıqdan sonra dron bazaya qayıdır, batareyası dəyişdirilir və yenidən döyüş tapşırığına göndərilir.

MORFIUS konkret radar və ya idarəetmə sistemindən asılı deyil. Buna görə də o, müxtəlif sensorlar, radarlar və komanda-idarəetmə şəbəkələri ilə inteqrasiya oluna bilir. Sistem yerüstü və hava platformalarından, eləcə də hərəkətdə olan nəqliyyat vasitələrindən xüsusi buraxılış borusu vasitəsilə işə salına bilir.

Lockheed Martin şirkəti MORFIUS-u çoxqatlı hava hücumundan müdafiə sisteminin mühüm elementi kimi qiymətləndirir. Şirkətin fikrincə, bu sistem xüsusilə ucuz və kütləvi pilotsuz uçuş aparatlarının hücumlarına qarşı həm effektiv, həm də iqtisadi cəhətdən sərfəli müdafiə vasitəsi olacaq.

AzPost.az

Post navigation

Previous: Xəzərin dibi ilə internet xətti çəkilir –
Next: “Yatmış gözəl” nağılının şok orijinalı –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.