Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb

Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.

Bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonu inzibati ərazisində yerləşən Xudat 110/35/10 kv-luq Yarımstansiyada 2-ci bölmənin təmirə çıxarılması ilə əlaqədar bu gün səhər saatlarından etibarən bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Qeyd edilib ki, sözügedən ərazilərə Xaçmaz inzibati rayonunun tərkibinə daxil olan Xudat şəhəri, Şollar, Susayqışlaq, Pərdiqıran, Köhnə Xudat, Çaxçaxlı kəndləri, 4, 5, 6-cı şöbə ərazisi, Konservzavod qəsəbəsi yeni yaşayış massivi daxildir:

“Azərişıq” ASC istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.