11 illik təhsil üzrə buraxılış imtahanlarının vaxtı açıqlanıb –DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci ildə keçiriləcək imtahanların siyahısı haqqında yanvar ayının sonlarında verilən məlumatda fevral və mart aylarında keçiriləcək imtahanların qrafiki, aprel-sentyabrda keçirilməsi nəzərdə tutulan imtahanların isə aylar üzrə ardıcıllığı müəyyən olunmuşdu.

DİM-dən verilən məlumata görə, müvafiq qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyətin kütləvi imtahanların keçirilməsi üçün əlverişli hesab olunacağı təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən aprel ayı ərzində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur. İmtahan tarixləri və onların şəhər-rayonlar üzrə bölgüsü aşağıdakı cədvəldə verilib.

Qeyd edək ki, bütün imtahanlar yenə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla bağlı tövsiyələri nəzərə alınmaqla sosial məsafənin qorunması, eyni binada imtahan verənlərin sayına məhdudiyyətin qoyulması və Qərargahın müəyyən elədiyi digər şərtlərin yerinə yetirilməsi ilə təşkil olunacaq.

Kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə ötən il olduğu kimi, bu il də imtahanlar ölkə üzrə müxtəlif şəhər və rayonlara bölünməklə 3 həftə ərzində (hər həftədə 2 gün) keçiriləcək.

Buraxılış imtahanlarından əlavə, aprel ayının 2-də GRE, 3-də notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı, 11-də isə inzibati icraçı vəzifələr (B növ) üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının I mərhələsinin vaxtı barədə mart ayının sonlarında məlumat veriləcək.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki (cari ilin məzunları)

15 aprel 16 aprel 22 aprel 23 aprel 29 aprel 30 aprel
Gəncə-Kəpəz
Qazax
Qax
Lənkəran
Ağdam
Tərtər
İsmayıllı
Şirvan
Siyəzən
Xızı
Hacıqabul
Nizami
Suraxanı
Binəqədi
Səbail
Sumqayıt
Gəncə-Nizami
Ağstafa
Oğuz
Astara
Ağcabədi
Şamaxı
Saatlı
Goranboy
Naftalan
Zaqatala
Cəlilabad
Beyləqan
Ağdaş
Ucar
Salyan
Xaçmaz
Qobustan
Xəzər
Qaradağ
Yasamal
Nərimanov
Abşeron
Mingəçevir
Balakən
Masallı
Füzuli
Ağsu
Zərdab
Neftçala
Quba
Naxçıvan
Göygöl
Şəmkir
Şəki
Lerik
Bərdə
Göyçay
Sabirabad
Qusar
Ölkə üzrə tədrisi
ingilis, fransız
dilində olan məktəblər
Bakı-xüsusi məktəblər
Çilov
Xətai
Sabunçu
Nəsimi
Pirallahı
Samux
Daşkəsən
Tovuz
Gədəbəy
Qəbələ
Yardımlı
Yevlax
Kürdəmir
İmişli
Şabran
Biləsuvar

– Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

– Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaçmazda məktəb direktoru evində ölü tapılıb

Sonrakı məqalə

Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır –