Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xaçmazda şəhid Vüsal Rüstəmovun döyüş yoluna həsr olunmuş tədbir keçirilib

User 10 Oktyabr 2025 - 11:20 (Last updated: 10 Oktyabr 2025 - 14:07)
xa03

“Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Antiterror tədbirləri nəticəsində şəhid olan Vüsal Rüstəmovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Köhnə Xaçmaz kənd tam orta məktəbdə şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Görüşdə şagirdlərə qəhrəman zabitin döyüş yolu və həyat hekayəsi barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Vüsal Rüstəmov 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən Vüsal “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid zabit lokal xarakterli antiterror tədbirləri zamanı Xocalıda döyüş tapşırığını yerinə yetirərkən düşmən atəşindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif olunub.

1984-cü il mayın 11-də Xaçmazda anadan olan Vüsal Rüstəmov İsmət Qayıbov adına 3 saylı məktəbdə orta təhsil alıb, daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda zabitlik peşəsinə yiyələnib. Şəhidin Şahin və Səma adlı iki övladı yadigar qalıb.

Tədbirdə çıxış edənlər Vüsal Rüstəmovun həyat və döyüş yolunun məktəblilər üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı 12 nəfər xaçmazlı döyüşçü şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, layihə çərçivəsində Xaçmazın 6 məktəbində bu tipli görüşlərin keçirilməsi planlaşdırılır.

 

AzPost.az

Post navigation

Previous: Tramp İspaniyanı NATO-dan qovmaqla hədələdi
Next: “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb

Oxşar xəbərlər

hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.