Xalq artisti Ağaxan Salmanlı vəfat edib

Azərbaycanın xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib. Bu barədə teatrın aktyoru İlham Əsədov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı uzun illər Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub.

Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). Prezident Mükafatçısı olub.

2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xalq artisti Ağaxan Salmanlı bu gün saat 16:00-da Yeni Suraxanı qəsəbəsində dəfn olunacaq. O, aktyorla vida mərasiminin günorta saatlarında evində keçiriləcəyini bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Goranboyda qətl törədən polis leytenantının məhkəməsi başlayıb

Sonrakı məqalə

“Karantində olan şəxslərdə virusla bağlı pozitiv nəticə yoxdur” –