Xalq artisti Arif Babayev təcili olaraq Türkiyəyə aparılıb

10 İyun 2021 - 00:34

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar təcili olaraq Türkiyəyə aparılıb.

Həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub. (Report)