Xalq artisti Eldar Quliyev sabah dəfn olunacaq

17 Aprel 2021 - 10:37

Xalq artisti, rejissor Eldar Quliyev sabah dəfn olunacaq.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mərhumun qızının Bakıya gəlməsi gözlənilir.

Qeyd edək ki, görkəmli rejissor aprelin 16-da vəfat edib. O, özünün vəsiyyətinə uyğun olaraq “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşının yanında dəfn ediləcək.