Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirilib –

Kinorejissor infarkt keçirib
18 Yanvar 2021 - 16:16

“Xalq artisti, rejissor Eldar Quliyev xəstəxanaya yerləşdirilib”.

Bu barədə APA-ya Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri, Xalq artisti Şəfiqə Məmmədova məlumat verib.

O bildirib ki, tanınmış rejissor bir neçə gün əvvəl infarkt keçirib: “O, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabildir”.

ARKİ sədri Eldar Quliyevin 80 illiyi münasibəti ilə təltif edildiyini də vurğulayıb.

Qeyd edək ki, tanınmış rejissor Eldar Quliyevin bu gün 80 yaşı tamam olur.