Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Xalq Prezident kimi mənə etimadını ifadə etdi” –

User 21 Noyabr 2022 - 10:11 (Last updated: 21 May 2025 - 20:15)
tokayev secki

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Respublika İctimai Qərargahında “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun növbədənkənar prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələri ilə tanış olub.

Kazinform agentliyi  xəbər verir ki, “exit-poll”un nəticələrinin açıqlanmasından sonra Kasım-Jomart Tokayev qərargah üzvləri qarşısında çıxışında başa çatmış seçki kampaniyasını tarixi adlandırıb.

“Bu seçki kampaniyası, şübhəsiz ki, tariximizdə qalacaq. “Exit-poll” nəticələri açıqlanıb. Təbii ki, biz seçkilərin rəsmi nəticələrini gözləyirik. Buna baxmayaraq, indidən demək olar ki, xalq Prezident kimi mənə və sizin hamınıza öz inamlı etimadını ifadə edib. Xalqın inamı ən mühüm dəyərdir. Hesab edirəm ki, biz xalqın bu etimadını doğrultmalıyıq. Ona görə də bu gündən – noyabrın 21-dən hamımız işə başlamalıyıq”, – deyə Kasım-Jomart Tokayev bildirib.

Onun sözlərinə görə, seçkilər qanunvericiliyə uyğun keçirilib, Qazaxıstan Respublikası prezidentliyinə bütün namizədlərə bərabər imkanlar verilib.

Kasım-Jomart Tokayev əminliklə ifadə edib ki, gələcəkdə bütün əsas hakimiyyət institutlarında islahatlar aparılacaq: “Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik. İqtisadiyyatda köklü dəyişikliklər baş verəcək. Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq”.

Qeyd edək ki, “exit-poll”un nəticələrinə əsasən, prezident seçkilərində ən çox səsi Kasım-Jomart Tokayev toplayıb. Belə ki, seçicilərin 82,45 faizi Kasım-Jomart Tokayevə səs verib.

Post navigation

Previous: İran nüvə proqramını davam etdirəcək –
Next: On ayda Belarusla 300 milyon dollarlıq ticarət dövriyyəmiz olub

Oxşar xəbərlər

fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39

xƏBƏR

vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama verib....
Read more about Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.