İranın Ali Rəhbəri Əli Xamenei, ABŞ-da koronavirusla mübarizə üçün dərman çatışmazlığının olduğunu bildirib və COVID-19-u yaratmaqda günahlandırılan ölkə olaraq, oradan olunan yardım təklifini rədd edib.
Azpost.info virtualaz.org-a istinadən bildirir ki, Xamenei bu barədə İran televiziyası ilə çıxış edərkən bəyan edib.
“ABŞ rəhbərliyi İrana tibbi yardım göstərməyə və dərmanlarla kömək etməyə hazır olduğunu bildirdi. Bunlar çox qəribə sözlərdir. Əvvəla, ABŞ-dan gələn xəbərlərdən görünür ki, orada-özünüzdə qıtlıq var. İkincisi, sizi-amerikalıları virusu yaratmaqda ittiham edirlər. Bu ittihamların nə dərəcədə həqiqət olduğunu bilmirəm. Ancaq bu cür ittihamlar mövcud olduğu halda, ağlı başında olan hansı bir insan sizdən dərman alar. Bəlkə sizin preparatlarınız bu xəstəliyin daha da çox yayılması üçün alətdir. Sizə etibar etmək olmaz”, – deyə Xamenei vurğulayıb.