Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Xankəndi, Ağdərə və Xocalıda 474 obyekt sahibkara icarəyə verilib

User 09 İyul 2025 - 14:43 (Last updated: 09 İyul 2025 - 17:33)
xankendi

Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında sahibkarlar üçün geniş imkanlar yaradılıb. Şəhər və rayonlarda olan mövcud tikililər, müraciətlər əsasında qanunvericiliyə uyğun olaraq sahibkarlara icarəyə verilir. İndiyədək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 474 obyekt sahibkara icarəyə verilib. Bölgədə müxtəlif təyinatlı obyektlər fəaliyyətə başlayıb. Digərlərində isə investorlar tərəfindən fəaliyyətə hazırlıq işləri gedir. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 45.5 milyon manata yaxın investisiyanın reallaşdırılması baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzPost-a verilən məlumata görə, bunu çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

S. Qəhrəmanovun sözlərinə görə, fəaliyyətə başlamış obyektlər üzrə 2 minə yaxın şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayı 5 minə çatacaq. İqtisadi uğurların əldə edilməsində, dövlətin işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən işğaldan azad olunmuş ərazinin rezidentləri 2023- cü ilin yanvarın 1-dən etibarən 10 il müddətinə gəlir və əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediliblər. Bu təşviq mexanizmləri, Qarabağın iqtisadiyyatının bərpası prosesinə yerli investorlarla yanaşı xarici investorların da cəlb edilməsinə şərait yaradır.

“Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə investisiya fəaliyyəti üçün yaradılmış əlverişli şərait və təşviq mexanizmləri haqda xarici investorların məlumatlandırılması istiqamətində xaricdəki diplomatik nümayəndəliklərlə birgə əməkdaşlığa da maraqlıyıq”.

AzPost.az

Post navigation

Previous: Təhsil işçiləri arasında analitik düşüncə bacarıqlarına dair tədbir keçirilib
Next: Vəkillər Kollegiyası rəhbərinin sədrliyi ilə Bakı Dövlət Universitetində magistrantların dissertasiyası müdafiə olunub

Oxşar xəbərlər

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

User 10 Noyabr 2026 - 10:47
trendyol
  • İqtisadiyyat

Trendyol Azərbaycanda nəyi dəyişdi? – 2 milyon müştəri və yeni bazar imkanları

User 09 Noyabr 2026 - 14:32
qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30

xƏBƏR

photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü Əbu-Dabidə başa çatıb. Görüş beş saat davam edib...
Read more about Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.