Xankəndi, Xocalı və Ağdərədə, ümumilikdə, 43 obyekt fəaliyyətə başlayıb

Xankəndi, Xocalı və Ağdərədə 43 obyekt fəaliyyətə başlayıb və 350 şəxs işlə təmin olunub.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov iyunun 28-də Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu obyektlərin cari ildə 80-ə çatdırılması nəzərdə tutulur. Burada ticarət, turizm, yeyinti sənayesi, balıqçılıq, kənd təsərrüfatı və digər sahələr üzrə geniş imkanlar var.

Əvvəlki məqalə

İşğaldan azad edilmiş ərazilərində minlərlə iş yeri açılıb

Sonrakı məqalə

BMT Baş katibi COP29-da iştirak etmək üçün Bakıya gələcək