Xankəndində olan jurnalistlər şəhəri tərk edirlər –

Sərhədsiz Reportyorlar Təşkilatı məlumat yaydı
05 Noyabr 2020 - 23:57

Xankəndində olan xarici jurnalistlər şəhəri tərk edirlər.

Azpost.info BBC radiosuna istinadən bildirir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) məlumat yayıb.

RSF bildirib ki, Xankəndini tərk etmək istəyən jurnalistlər ya artıq Ermənistana çatıblar, ya da təhlükəsiz dəhlizlə bunu etmək üzrədirlər.

“Bu mərhələdə hələ də orada olanların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil”,- qurum bildirib.

RSF bir daha onların təhlükəsizliyinin təmin edilməsinə çağırıb.

Təşkilat bundan əvvəl də Azərbaycan, BMT və ATƏT-ə çağırış edərək Xankəndində olan 80 nəfər yerli və xarici jurnalistin təxliyəsinə yardım edilməsini istəmişdi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, “ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir”.