“Xankəndidə hər hansı texniki işlər aparılmır” –“Azəriqaz”ın baş direktoru

““Azəriqaz” İstehsalat Birliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində (Xankəndi və digər ərazilər) inventarlaşdırma işləri aparmayıb, burada yerləşən abonentlərin sayı və təsərrüfatı ilə bağlı hələlik dəqiq məlumat yoxdur”.

Bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qeyd olunan ərazilərdəki abonentlər “Azəriqaz” İB-nin abonentləri deyil, qurum tərəfindən burada hələ ki hər hansı texniki işlər aparılmır.

Ruslan Əliyev onu da qeyd edib ki, sözügedən ərazilərdə yerləşən abonentlərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir, lakin orada yaşayan əhalinin sayı erməni mətbuatının bildirdiyi qədər deyil, əhəmiyyətli dərəcədə azdır.

Azpost.info

Əvvəlki məqalə

Prezident güləş üzrə Azərbaycan millisinin üzvlərini qəbul edib –

Sonrakı məqalə

“Qurban Qurbanov çox ləyaqətli hərəkət edib” –