Xankəndinə alternativ yolla gələn ermənilər hərbçilərimizi atəşə tutub –Düşmən məhv edilib

Laçın yoluna alternativ olan Xəlfəli yolu ilə Ermənistandan Qarabağa silah-sursat daşınması barədə operativ məlumatları yoxlamaq üçün əraziyə gələn Azərbaycan silahlı qüvvələri atəşə tutulub. 
Azpost.info bildirir ki, ərazidən keçən avtomobili saxlamağa cəhd edərkən maşındakı sərnişinlər atəş açıblar. Nəticədə düşmən məhv edilib.
Bu silahlı toqquşma göstərir ki, Ermənistan Azərbaycana qarşı təxribatlarını davam etdirir.
Separatçı Xankəndi guruhunun yaydığı məlumatda guya 3 “polis əməkdaşı”nın ölməsi bildirilir.
Ermənistan mətbuatı podpolkovnik, mayor və leytenant rütbəli üç separatçının öldürüldüyü, bir nəfərin yaralandığı barədə məlumat yayıb.
Əvvəlki məqalə

Marketə hucum zamanı həlak olmuş Rüfət Həşimov dəfn olunub

Sonrakı məqalə

Ermənilər Azərbaycan hərbçilərinə atəş açıb –