Xaricə gedən azərbaycanlıların sayı artıb – Hara gedirlər?

2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən oxu.az -a verilən məlumata görə, ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi – Gürcüstan, 17,7 faizi – Rusiya, 11 faizi – Türkiyə, 5,4 faizi isə digər ölkələrə gedib. Onların 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Bundan başqa, bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstan – 12,4 faiz, Rusiya – 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb.

Eyni zamanda, cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda aqrar-sığorta fondu yaradılır – FƏRMAN

Sonrakı məqalə

Saakaşvilidən Paşinyana cavab: “Qarabağ Azərbaycandır!”