Xaricdən həkimlər Azərbaycana dəstək üçün gəlib –

Onları ölkəyə kim gətirib?
10 İyul 2020 - 17:21

“Təəssüf olsun ki, həkimlər arasında da yoluxmalar və ölümlər var”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Şöbə müdiri deyib ki, xaricdən həkimlər Azərbaycana dəstək üçün gəlib: “Xaricdən gələn həkimlərlə bağlı dəstəyə görə “Gilan Holdinq”, “Paşa Holdinq” və Beynəlxalq Banka minnətdarıq”.