Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xarici diplomatlar Zəfər parkında, Qarabağ Universitetində olublar

User 11 Sentyabr 2026 - 14:46 (Last updated: 11 Sentyabr 2026 - 14:46)
diplomat xan01

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri çərçivəsində xarici diplomatlar Xankəndi şəhərində Zəfər meydanı və Zəfər parkında, eləcə də Qarabağ Universitetində olublar.

Xarici diplomatları qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qonaqlara Zəfər meydanı və Zəfər parkı barədə ətraflı məlumat verib. Bildirib ki, park Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəri əks etdirən və bu Qələbənin yaddaşlarda əbədiləşdirilməsinə xidmət edən mühüm məkanlardan biridir.

Qeyd olunub ki, Xankəndi Zəfər parkının əsas memarlıq elementlərindən biri 44 metr hündürlüyündə Zəfər Tağıdır. Tağa aparan yol üzərində 44 pillə yerləşir. Bu rəqəm 44 günlük Vətən müharibəsinin simvolik ifadəsi kimi parkın memarlıq konsepsiyasında öz əksini tapıb. Bildirilib ki, Zəfər Tağı 10 mərtəbədən ibarətdir və onun 9-cu mərtəbəsində “Zəfər Qalereyası” fəaliyyət göstərir. Tağın üzərində həmçinin baxış meydançası yaradılıb.

Xüsusi nümayəndə xarici diplomatlara Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərində həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verib. Bildirilib ki, qayıdış prosesi ilə paralel olaraq yaşayış məntəqələrinin bərpası, müasir infrastrukturun yaradılması və əhalinin rahat yaşayışı üçün zəruri şəraitin formalaşdırılması istiqamətində işlər davam etdirilir.Daha sonra xarici diplomatlar Qarabağ Universitetində olublar.

Nümayəndə heyətini Qarabağ Universitetində rektor Şahin Bayramov qarşılayıb.O, qonaqlara Qarabağ Universitetinin fəaliyyəti, burada həyata keçirilən təhsil proqramları, tələbələrin sayı və onlar üçün yaradılan şərait barədə ətraflı məlumat verib.Bildirilib ki, Qarabağ Universitetində tədris prosesi artıq üçüncü ildir həyata keçirilir. Yeni tədris ili sentyabrın 15-də başlayacaq. Universitetdə hər il təhsil alan tələbələrin sayı artır. Rektor qeyd edib ki, universitetin fəaliyyətinin ilk ilində mindən çox tələbə təhsil alıb. İkinci tədris ilində tələbələrin sayı iki mini keçib. Bu il isə universitetdə təhsil alacaq tələbələrin sayının üç minə yaxın olması gözlənilir. Rektor tələbələr üçün yaradılan şərait barədə də məlumat verib.

Bildirib ki, Qarabağ Universitetində tələbələr ödənişsiz təhsil alır, onların yaşayışı üçün zəruri şərait yaradılır, tələbələr yataqxana və mənzillərlə təmin olunurlar.Qeyd olunub ki, universitetdə müasir tədris proqramları tətbiq edilir, tələbələrin keyfiyyətli təhsil alması üçün müasir infrastruktur formalaşdırılır.Rektor universitetin gələcək inkişaf perspektivlərindən də danışıb. Bildirib ki, Qarabağ Universitetinin tədris və infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Universitetin yeni korpuslarının inşası həyata keçirilir. Qeyd olunub ki, iqtisadiyyat istiqaməti üzrə yeni korpus artıq tikilərək istifadəyə verilib. Növbəti illərdə isə universitet şəhərciyində daha bir neçə yeni korpusun inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Xarici diplomatlar Qarabağ Universitetində yaradılmış təhsil infrastrukturu ilə tanış olub, tələbələr üçün yaradılan şərait və universitetin gələcək inkişaf planları barədə məlumat əldə ediblər.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

 

AzPost.az

Post navigation

Previous: Kərki kəndi Ermənistan ərazisi deyil
Next: İran süni intellektdən casusluq və raket hazırlığı üçün istifadə edib

Oxşar xəbərlər

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.