Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Xarici diplomatların Füzuli və Şuşaya səfəri başlayıb

User 27 Avqust 2022 - 09:56 (Last updated: 21 May 2025 - 20:15)
diplomat susa sefer

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri başlayıb.

 

Diplomatik korpus nümayəndələrini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

 

Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcək.

 

Əlavə edək ki, səfərin ilk günü, avqustun 26-da işğaldan azad olunmuş ərazilərə Azərbaycanda qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar gəlib, bugün isə rezident əsasda olan diplomatların səfəri başlayır.

 

Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.

Azərbaycana rezident əsasda akkreditasiya olunmuş diplomat korpus nümayəndələri Füzuli hava limanı ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov yenidənqurma və bərpa işləri barədə xarici diplomatları məlumatlandırıb.

O, diplomatları Füzuli şəhərinin baş planı ilə tanış edib. Xüsusi nümayəndə regionun yenidənqurma və bərpasında üç elementin – dayanıqlı inkişaf, ağıllı kəndlər və həyat tərzinin nəzərə alındığını vurğulayıb.

O əlavə edib ki, yaradılacaq iş yerlərinin 50 faizin xidmət sektoru ilə bağlı olacaq.

Post navigation

Previous: Hərbi qulluqçumuz Vahid Ərəblinski həlak olub – RƏSMİ
Next: Ali məktəblərə ixtisas seçimi sabah başa çatır

Oxşar xəbərlər

anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
telebeler
  • Baş Yazı

Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?

User 22 Oktyabr 2026 - 16:33

xƏBƏR

ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Qonaq,...
Read more about İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48
İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək? iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.