Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka səfər edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasında iştirak etməkdir.
“Xarici işlər naziri sessiya çərçivəsində müxtəlif toplantılarda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək”, – deyə XİN sözçüsü bildirib.