Xarici işlər nazirinə yeni müavin təyin edilib –SƏRƏNCAM

Xarici işlər nazirinə yeni müavin təyin edilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elnur Məmmədov nazir müavini təyin edilib.

Bu təyinatdan əvvəl Elnur Məmmədov Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin rəisi vəzifəsində çalışıb. Müxtəlif illərdə təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir