Xarici kəşfiyyat xidmətləri Putinin danışıqlarını niyə dinləyə bilmir?

“Rusiya prezidenti Vladimir Putinin kompüter avadanlığı tələb olunan təhlükəsizlik səviyyəsinə cavab verir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin hansı kompüter avadanlığına sahib olması sualına cavab verərkən deyib.

Peskov daha əvvəl bildirmişdi ki, əgər insanın mobil telefonu varsa, o, tam şəffaflığa, öz həyatını ictimaiyyətə nümayiş etdirməyə hazır olmalıdır. Buna görə də Vladimir Putin smartfondan istifadə etmir. O, həmçinin qeyd edib ki, hökumət rabitəsinin telefonları bütün smartfonlardan çox yaşayacaq.

Peskovun sözlərinə görə, Putin üçün informasiya materiallarının hazırlanmasında hələ də çap edilmiş məlumatlardan ibarət kağız qovluqlardan istifadə olunur. Ancaq prezidentin özü bəzən internetdə məlumatlara baxır və ya televizordan istifadə edir.

Mətbuatın yazdığına görə, Putin ofisindən kənarda telefon danışıqları üçün adi smartfondan daha qalın olan xüsusi mobil cihazdan istifadə edir. Cihaz – siqnalın müəyyən edilməsi, telefon dinləməsi kimi bir neçə səviyyəli mühafizə sistemi ilə təchiz edilib.

Məsələni araşdırarkən “Moskovski Komsomolets” məlumatlı mənbəyə istinadən yazmışdı ki, Putinin avtomobilində bütöv bir telefon stansiyası var. Əgər prezident ofisdə deyilsə və sabit xətli telefondan uzaqdırsa, telefon əlaqəsi bu üsulla təmin edilir.

Mənbənin dediyinə görə, Putinin telefon danışıqlarına nəzarət Rusiya Federal Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Xidmətinin səlahiyyətindədir. Və bu ölədəki ən məxfi qurumdur:  “Putinin başqa dövlətlərin rəhbərləri ilə rəsmi söhbətinin dinlənilməsi ehtimalı sıfıra bərabərdir. Ümumiyyətlə, Rusiya Federal Mühafizə Xidmətinin xüsusi rabitə bölməsi hərbi peyklərdən istifadə edir. Siqnal xüsusi üsullarla şifrələnir. Kimsə siqnalı tutsa belə, şifrəni açmaq bir ildən çox vaxt tələb edəcək. Bu, niyə Putinin telefon danışıqlarının bir dəfə də belə, xarici kəşfiyyat xidmətləri tərəfindən dinlənilmədiyi və ya ictimaiyyətə açıqlanmadığı sualının cavabıdır”.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiya telekanalında Azərbaycana qarşı yenə təxribat

Sonrakı məqalə

AKP-dən “Ərdoğanın ayaqqabısını yalamaq lazımdır” sözlərinə sərt etiraz